Rusiya üçün əsas təhdid milli azlıqlar və respublikalardır.
Bildirilir ki, bunu “Esquire” saytına müsahibəsində “Exo Moskva” radiosunun baş redaktoru Aleksey Venediktov deyib.
“İki il əvvəl mən hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan adamlardan biri ilə görüşdüm. O dedi: “Sən Povoljyedə məscidlərin necə sürətlə tikildiyini bilirsənmi? Bilirsənmi ora yalnız gənclər gedirlər?” Yəni gənclər burada yaşlanırlar.
İndiki administrasiyanın milii dillərlə mübarizəsi əsas səhvdir. Mən bunun haqqında ictimai şəkildə demişəm. İnsanlar üçün bu, çox ağrılıdır. 1917-ci ili xatırlayın. III Aleksandrın dil siyasəti 20 il sonra bütün milli azlıqların dəstəklədiyi inqilaba gətirib çıxardı. Onlar rus imperializmini öz mədəniyyətlərinə təhdid kimi gördülər. Eyni şey 1990-cı illərdə də baş verdi. Rusiya Prezidenti Vladimir Putin heç vaxt millətçi olmayıb, o həmişə imperiya tərəfdarı olub. Fərq böyükdür. Mən həmişə demişəm ki, rus, yəhudi, tatar millətçiliyi Rusiyanı parçalaya bilər. Biz özümüz latışlardan tələb edirik ki, burada olan ruslar rus dilin öyrənmək imkanı əldə etməlidirlər. Bununla belə onlar dövlət dili olan latış dilini də bilməlidirlər. Eyni şeyi biz ukraynalılardan da istəyirik. Bəs onda niyə öz ölkəmizdə bunu tətbiq etmirik? Bu əsas təhdiddir”, – deyə o bildirib.