Türkiyə Diyanət Vəqfinin məlumatında bildirilir ki, bu il keçirilən V Beynəlxalq Xeyirxahlıq mükafatları üçün müraciətlərin qəbuluna başlanılıb.
Anadolu agentliyinə istinadla bildirilir ki, müraciətlər (xeyirxah işlər barədə əhvalatlar) dekabrın 31-dək vəqfin elektron ünvanına göndəriləcək. Mükafatların sahiblərinin adları münsiflər heyətinin qərarından sonra – 2019-cu ildə elan olunacaq.
Türkiyə Diyanət Vəqfinin baş direktoru Məhmət Savaşsın sözlərinə görə, müsabiqənin təşkilatçıları xeyirxah işlərlə bağlı nümunələri ictimaiyyətin diqqətinə çatdırmaq, bununla da şəfqət və xeyriyyəçilik ideyalarının yayılmasına kömək etmək istəyirlər.
Xetirxah insanlarla bağlı əhvalatlarla vəqin saytı ilə tanış olmaq olar. www.uluslararasiiyilikodulleri.com.