Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Ali Dini Şurasının toplantısı keçirilib.
Din.az xəbər verir ki, toplantıda GMİ-nin hazırkı sədri Şeyx Hacı Ramin İgidov 16 səslə növbəti 5 il müddətinə qurumun sədri seçilib.
İdarənin rəhbəri vəzifəsinə R.İgidovla yanaşı, Rahid Kərimov və Namiq Hüseynov da namizəd olublar.
Səsvermədə idarənin Ali Dini Çurasının 21 üzvündən 17-si iştirak edib.
Qeyd edək ki, GMİ 2011-ci ildə yaradılıb. R.İgidov 2013-cü ildən idarənin sədri vəzifəsini yerinə yetirib.