MƏNƏVİ DƏYƏRLƏRİN TƏBLİĞİ FONDUNUN HİMAYƏÇİLƏR ŞURASININ 2018-Cİ İLİN YEKUNLARINA HƏSR EDİLƏN İCLASI KEÇİRİLİB

0

Dekabrın 24-də Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının 2018-ci ilin yekunlarına həsr edilmiş iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Mənəvi Dəyərlərin Təbliği Fondundan məlumat verilib.

İclasda Fondun 2018-ci ildəki fəaliyyəti ilə bağlı icraçı direktor Mehman İsmayılovun məruzəsi dinlənilib. Daha sonra Himayəçilər Şurasının üzvləri cari ildə görülmüş işlərlə əlaqədar geniş müzakirə apararaq Fondun rəhbərliyinə müvafiq təklif və tövsiyələrini çatdırıblar.

Yekunda Mənəvi Dəyərlərin Təbliği Fondunun 2018-ci ildəki fəaliyyəti müsbət qiymətləndirilib və qənaətbəxş hesab edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜSƏLMAN ÖLKƏSİNDƏ BAŞ VERƏN FƏLAKƏT NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI 334 NƏFƏRƏ ÇATIB

İndoneziyanın Yava və Sumatra adaları arasındakı Sunda boğazı sahillərində Krakatau vulkanının püskürməsi nəticəsində baş verən sunami fəlakətində ölənlərin sayı 334...

Bağla