HİCAB NAMUS, QEYRƏT MƏSƏLƏSİ DEYİL – SƏDR MÜAVİNİ

0

2009-2010-cu illərdə islamla bağlı qanunsuz aksiyalar keçiriləndə müxtəlif şüarlar səsləndirildi. Məsələn, deyirdilər ki, hicab bizim namusumuz, əxlaqımızdır.

Bildirilir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov “Din və ideoloji təhlükəsizlik” mövzusunda keçirilən konfransda deyib.

“Hicab namus, qeyrət məsələsi deyil, inanc məsələsidir. Hicaba ona görə əxlaq prizmasından yanaşırlar ki, insanların beyninə bunu yeritmək istəyirlər. Bu, cəmiyyəti şüuraltı bölmək mesajıdır. Məncə, bu ideyaların hamısı kənardan gəlib. İnsanlarımızın, dindarlarımızın çoxu bunun fərqində deyil.

Tez-tez qadın hüquqlarının məhdudlaşdırılması halları da müşahidə olunur. Adam dindar olduqdan sonra xanımını işdən, övladını məktəbdən çıxarır. Qızını erkən yaşda ərə verir. Və ya deyir ki, uşaq hicabla məktəbə getmirsə, evdə otursun. Hicaba yanaşmaq baxımından cəmiyyətdə bəzən fərqli və zərərli fikirlər ortaya çıxır”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KOMİTƏ: “AZƏRBAYCANDAKI SABİTLİYİ, İNKİŞAFI GÖZÜ GÖTÜRMƏYƏN QÜVVƏLƏR DİNİ ZƏMİNDƏ DƏ ÖLKƏYƏ TƏSİR GÖSTƏRMƏYƏ ÇALIŞIRLAR”

Dünyada müxtəlif qüvvələr öz geosiyasi maraqlarını həyata keçirmək üçün din amilindən təhlükəli formada istifadə edirlər.

Bağla