MÜSƏLMAN ÖLKƏSİNƏ NÖVBƏTİ ZƏRBƏ …

0

Bu gün Yeni Qvineya adasının İndoneziya hissəsinin sahilində 6,1 maqnitudla zəlzələ baş verib.

Bu haqda ABŞ-ın Geoloji Xidməti bildirib.

Yeraltı təkanlar yerli vaxla 06.03-də qeydə alınıb. Zəlzənin episentri Qərbi Papua əyalətinin paytaxtı Manokvaridən 70 kilometr cənubda yerləşirdi.

Qurbanlar və dağıntılar haqqında informasiya yoxdur.

Qeyd edək ki, bu, son bir həftə ərzində İndoneziyada ikinci təbii fəlakətdir. Ötən şənbə baş verən sunami nəticəsində Lampunq və Banten əyalətlərində ən azı 429 insan həlak olublar, 150-dən çoxu itkin düşüb, 1,4 mindən çoxu yaralanıb, 16 mindən çox insan evini tərk etməyə məcbur olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ: YALNIZ DÖVLƏT TƏRƏFİNDƏN QEYDƏ ALINMIŞ NİKAH ÜÇÜN DİNİ NİKAH OXUNA BİLƏR

Din xadimləri yalnız dövlət tərəfindən qeydə alınmış nikah üçün dini nikah oxuya bilər. Bu qaydaya riayət etməyən QMİ rəsmi din...

Bağla