ZAQATALADA “MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZLƏ KEÇMİŞDƏN BU GÜNƏ VƏ GƏLƏCƏYƏ GEDƏN UĞURLU YOL” ADLI TƏDBİR KEÇİRİLİB

0

Yanvarın  15-də Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin Zaqatala rayon şöbəsi və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə rayonunun Əliabad qəsəbə tam orta məktəbində “Milli-mənəvi dəyərlərimizlə keçmişdən bu günə və gələcəyə gedən uğurlu yol” adlı tədbir keçirilib.

Tədbirdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən  İlqar Vəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Zaqatala rayon şöbəsinin əməkdaşı Cavad Əliyev, RİH başçısının Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həsən Həsənov və Zaqatala rayonu Əliabad qəsəbə tam orta məktəbin direktoru Şahid Madayev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şahid Madayev mövzunun əhəmiyyətindən danışıb. 

Tədbirdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov və  RİH başçısının Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həsən Həsənov xalqımızın mənəvi dəyərlərinin hər bir vətəndaşın həyatında mühüm yer tutduğunu qeyd edərək gənclərin mənəvi dəyərlərə sadiq olmasının vacibliyini bildiriblər. Natiqlər, eyni zamanda radikal və qeyri-ənənəvi dini cərəyanlar və onların törətdiyi fəsadlar barədə ətraflı məlumat veriblər.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev  Azərbaycanda dövlət-din münasibətlərindən, ölkə Prezidenti cənab İlham Əliyevin mənəvi dəyərlərin qorunması sahəsində gördüyü işlərdən, multikulturalizm və tolerantlıqdan bəhs edib. İ.Vəliyev xalqımızın min illərlə formalaşdırdığı  mənəvi dəyərlərdən danışıb, onların qorunub saxlanılmasının vacibliyini vurğulayıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜBARİZ QURBANLI: “ÖTƏN İL 98 DİNİ İCMA QEYDİYYATA ALINIB, 22-NİN QEYDİYYATINDAN İMTİNA OLUNUB”

“Ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) dini qurumların dövlət qeydiyyatına alınması ilə bağlı 143 müraciət (138-i İslam,...

Bağla