“Makİsa” adlı heykəl yerli xristianların qəzəbinə səbəb olub.
Din.az bildirir ki, İsraildə Hayfa şəhərindəki incəsənət sərgisində “McDonald`s”-ın simvolu olan Ronald Makdonaldsın çarmıxa çəkilmiş instalyasiyanın təqdim edilməsindən sonra, böyük qalmaqal baş verib.
“Makİsa” adlı heykəl yerli xristianların qəzəbinə səbəb olub. Onlar həmin heykəlin dərhal yığışdırılmasını tələb ediblər.
Məlum məsələ bir neçə etiraz aksiyasına da səbəb olub. Həmin aksiyalar zamanı sərginin yerləşdiyi binana “Molotov kokteyli” atılıb; nəticədə 3 polis əməkdaşı xəsarət alıb.
Bu təhqiramiz heykəl və onun yığışdırılması ilə bağlı kilsə rəsmiləri də məhkəməyə şikayətlə müraciət ediblər.