40 DƏRƏCƏYƏ YAXIN ŞAXTADA – KÜÇƏDƏ CÜMƏ NAMAZI QILDILAR -FOTOLAR

0

Krasnoyarsk şəhərində məscidlərin kəskin çatışmazlığı ilə bağlı möminlər cümə namazını  bayırda qılmağa məcbur olurlar. bu haqda Rusiyanın İslamsib.ru saytıına istinadla xəbər verir.  Qışda havanın temperaturu bəzən -36 dərəcəyə düşür…

Krasnoyarskın müsəlman məbədi cəmi 400 nəfər üçün nəzərdə tutulub. Lakin hər cümə günü məscidi 1,5-2 min nəfər ziyarət edir. Bayram günlərində isə ibadətgaha 20 minə yaxın mömin toplanır. Məsciddə və qonşu binalarda kifayət qədər boş otaqlar yoxdur, nəticədə insanlar küçədə ibadət etmək məcburiyyətində qalırlar.

Krasnoyarsk vilayəti Müsəlmanlarının Birləşmiş Ruhani İdarəsinin rəhbərliyi 15 ildir ki, hökumət qurumları qarşısında məscid tikdirmək  məsələsini qaldırsa da,  hər şey vədlər səviyyəsində qalır, gerçək addım atan  yoxdur. 
“Sibir şəraitində, 30-40 dərəcə şaxta və bəzən də küləkli hava   insanların imanı üçün ciddi bir sınaqdır. Müsəlmanlar seçim qarşısında qalır: ya öz dini vəzifələrini yerinə yetirməmək,  yaxud bayırda – sağlamlıq üçün təhlükəli ola biləcək vəziyyətdə namaz qılmaq.  Uzun illər ərzində Krasnoyarsk şəhərində ikinci, hətta üçüncü məscidi tikməyə ehtiyac olduğu halda  yalnız bir kiçik məscidinfəaliyyət göstərməsi xalqın  haqlı narazılığına səbəb olur” –vilayət Müsəlman Ruhaniləri İdarəsinin açıqlamasında belə deyilir.

Miqrasiya proseslərini nəzərə alsaq, Krasnoyarskdakı müsəlmanların sayı  yaxın gələcəkdə  daha da artacaqBundan əlavə,  bu günlərdə keçiriləcək Qış Universiadasına   300-dən çox müsəlman  iştirakçı qatılacaq və onları müşayiət edənlərlərlə birlikdə ibadət zamanı şəhərin məscidini ziyarət edəcəklər. Biz ümid edirik ki, həmin qonaqlar cümə namazında məscidin içərisinə daxil ola biləcəklər, əks halda onlar da şəhər sakinləri kimi, Sibir təbiətinin “bütün gözəlliyini” hiss edəcəklər…” – deyə Krasnoyarsk vilayəti MRBİ-nin açıqlamasında vurğulanır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RADİKAL MÜXALİFƏTÇİLƏR HEÇ AFRİKANIN ORTA ƏSRLƏRDƏ QALMIŞ QƏBİLƏ DÖVLƏTLƏRİNİ DƏ İDARƏ EDƏ BİLMƏZLƏR

“Özlərini müxalifət adlandıran bu adamlar dərk etməlidirlər ki, Azərbaycan kimi güclü və qüdrətli ölkəni idarə etmək siyasətdə “dağıdıcılıq” təcrübəsindən başqa...

Bağla