MOSKVADA BAĞLANAN “İNAM” MƏSCİDİ AZƏRBAYCANLILARDAN GERİ ALINMAQ ŞƏRTİ İLƏ İSTİFADƏYƏ VERİLİB

0

Rusiyada azərbaycanlılar tərəfindən icarəyə götürülmüş Moskvanın Otradnıy rayonunda yerləşən və bu yaxınlarda sahibi tərəfindən bağlanan “İnam” məscidi həmyerlilərimizdən birdəfəlik geri alınmaq şərti ilə istifadəyə verilib.

Bildirilir ki, bir neçə gündür texniki səbəblərə görə bağlı olan məscid artıq azərbaycanlıların məscidi kimi yox, ümumi məscid olaraq bu gün fəaliyyətini bərpa edib.

Qeyd edək ki, “İnam” məscidi Bakının eks-prokuroru Məmməd Quliyev və eks-prezident Ayaz Mütəllibovun təşəbbüsü ilə tikilib. Onlara bu işdə hər ikisinin ortaq dostu olan Orta Asiyadan olan iş adamı Rəşid Bəyazidov yardım edib. R.Bəyazidov məscid tikilişinə öz ərazilərindən birində şərait yaradıb. Hazırda məscid R.Bəyazidovun şəxsi əmlakıdır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BEYLƏQANDA “AZƏRBAYCANDA DÖVLƏT-DİN MÜNASİBƏTLƏRİ: TARİX VƏ MÜASİRLİK” MÖVZUSUNDA İKİGÜNLÜK SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİB

4-25 yanvar tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Azərbaycanda...

Bağla