Sevinc Məmmədova bir müddətdir “Saçım saçın olsun” aksiyası ilə kimyaterapiya qəbul edən xərçəng xəstələrinə yardım edir.
O, Oxu.Az-a müsahibəsində deyib ki, bu layihə uğurlu olub və başladığı gündən 100-dən artıq xanım saçlarını bağışlamaq üçün müraciət edib.
20 nəfərdən artıq xanım pariklə təmin olunub. Layihə rəhbəri müraciətlər çoxaldığı üçün parik hazırlamağa daha çox saç ustasına ehtiyac olduğunu deyir.
Aksiyada könüllü iştirak edən saç ustası Mətanət Məmmədova isə bildirir ki, parikin hazırlanması incəlik və vaxt tələb edir. Buna görə də könüllü yardım etmək istəyən saç ustaları çox olsa, ehtiyacı olanların köməyinə daha tez çatmaq olar.
Saç ustasının sözlərinə görə, layihədən sui-istifadə edənlər də var və bu halların qarşısını almaq üçün artıq xəstəlik kağızı tələb //baku.tv/az/watch/6426/