QMİ RƏHBƏRİ ALLAHŞÜKÜR PAŞAZADƏ MOSKVAYA SƏFƏRƏ GEDİR

0

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sabah Rusiyanın paytaxtı Moskva şəhərinə səfərə yola düşür.

Din.az bildirir ki, bu barədə “Report”a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Səfər Moskva və bütün Rusiya Patriarxı Kirilin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə Moskvada keçiriləcək ikigünlük təntənəli mərasimlərə Patriarx Kirilin şəxsi dəvəti əsasında baş tutur.

Yanvarın 30-31-də Moskvada keçiriləcək tədbirlər çərçivəsində QMİ sədrinin Patriarx Kirillə görüşü, Kremldə Rusiyanın dövlət rəhbərliyi, habelə bir çox dini liderlərin və yüksək səviyyəli xarici qonaqların iştirakı ilə keçiriləcək tədbirlərdə görüşləri nəzərdə tutulub

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLHAM ƏLİYEVİN YARDIMI İLƏ BƏRPA OLUNAN MƏSCİDİN AÇILIŞI OLDU – FOTOLAR

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 26-da Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz...

Bağla