SƏUDİYYƏ ƏRƏBİSTANININ HƏCC VƏ ÜMRƏ NAZİRLİYİ ELEKTRON PORTAL XİDMƏTLƏRİNİN SİYAHISINI GENİŞLƏNDİRİB

0

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Ümrə ziyarətinə gedən zəvvarlara kömək məqsədilə elektron portalda yeni qaydalar tətbiq edib.

Bildirilir ki, Ümrə ziyarətini arzulayanlar dünyanın hər bir tərəfindən elektron portal vasitəsilə xidmətlər paketini ehtiyatda saxlamaq məqsədilə sorğu göndərə və elektron viza əldə edə bilərlər. Bu addım nazirliyin rəqəmsal transformasiyaya strateji yanaşma və zəvvarların qəbulu prosedurlarının asanlaşdırılmasından ötrü rəqəmsal platformanın yaradılması çərçivəsində atılıb. Ölkəyə gəlmək və Ümrə ziyarətində olmaq istəyənlər xidmətlər paketi və qiymətlərlə bilavasitə ziyarəti “Makam” portalının köməyi ilə təşkil edən şirkət vasitəsilə tanış ola bilərlər.
Həcc və Ümrə nazirinin müavini Əbdül Fəttah bin Süleyman Maşat bildirib ki, “Makam” portalının istifadəyə verilməsi nazirliyin ildə 30 milyon zəvvarın Ümrə ziyarətini yerinə yetirməsini nəzərdə tutan “Baxış-2030” məqsədlərinin icrası istiqamətində səylər çərçivəsində həyata keçirilib.

Həcc ziyarəti arzusunda olan müxtəlif ölkə vətəndaşları portala bu link vasitəsilə daxil ola bilərlər: https://eservices.haj.gov.sa/eservices3/pages/home.xhtml?dswid=2981 . 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV: “AZƏRBAYCANIN UĞURLU İNKİŞAF MODELİNİN ƏSAS QAYƏSİ ONDADIR Kİ, ÖLKƏMİZDƏ APARILAN SİYASƏT XALQ TƏRƏFİNDƏN DƏSTƏKLƏNİR”

“Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat...

Bağla