“İSLAMDA QADIN HAQLARI” – ADLI MÜHÜM TƏDBİR BAŞ TUTUB

0

Bakıda “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi tərəfindən “İslamda qadın haqları” adlı mövzuda 3-cü tədbir keçirilib.

Bildirilir ki, Birlikdən Publika.az-a verilən məlumata görə, tədbirdə ilk olaraq, “Qazi Qarabağ” azanı səsləndirilib. Müqəddəs vətən şəhidlərinin əziz ruhlarına dualar oxunub.

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli “İslamda qadın haqları” barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, Azərbaycan müsəlman qadınlarının istər ailədə, istərsə də ictimai fəaliyyətindən geniş söz açib.

Birlik sədri Azərbaycan dövlətçiliyinin bütövlüyü yolunda fəal ölkə qadınlarının xüsusi xidmətlərindən danışıb. Torpaqlarımızın işğaldan azadlığı naminə qəhrəmanlıqla şəhadətə qovuşan müqəddəs şəhidlərimizin mübarək anaları hər birimizin qürür mənbəyidir. Ölkəmizdə dini və milli kimliyin formalaşmasında ziyalı xanımlarımızın ayrıca xidmətləri var. Maarifpərvər inanclı qadınların dövlət və din münasibətlərinin möhkəmlənməsində, eləcə də mühafizə olunmasında misilsiz xidmətləri olduğunu deyib.

Sevinc Əzimbəyli xüsusilə dövlətçilik prinsiplərinin qorunmasında, ölkədə xeyriyyəçilik ənənələrinin yaşadılmasında işıqlı düşüncə adamı olan xanımların önəmli rola malik olduğunu diqqətə çatdırıb.

Tədbirdə bir qurp fəal ölkə xanımları iştirak edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PAPA İLK DƏFƏ BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNƏ GEDİR

Roma Papası Fransisk bu gün tarixdə ilk dəfə Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. Din.az bildirir ki, Katolik kilsəsinin rəhbəri ilk dəfə...

Bağla