CESD RADİKAL QRUPLARA QARŞI TƏLİMƏ BAŞLADI

0

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) PH İntenəşnl təşkilatının dəstəyi ilə “Yerli icmaların imkanlarının artırılması təşəbbüsləri” layihəsi çərçivəsində Sumqayıtda növbəti təlimini keçirib.

Bildirilir ki, tədbirdə gənc aktivistlər, tələbələr, Sumqayıt Gənclər Evinin əməkdaşları və könüllülər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan CESD-nin sədri Vüqar Bayramov yeni iştirakçılara layihə və onun potensial təsirləri haqqında məlumat verib.

Daha sonra təlimçi Rəşad Həsənov “Radikal ekstremizm: mübariz yoxsa, terrorçu” mövzusunda təlimə başlayıb.

Təlimdə iştirakçılar terrorçu və azadlıq mücahidini fərqləndirən cəhətlər haqqında fikir mübadiləsi aparıblar.

Rəşad Həsənov terrorçuların hüquq, yaxud da azadlıq mücahidlərindən fərqləndirilməsinin önəmini vurğulayıb: “Qarşıdakı insanın düzgün müəyyən edilməsi bizə adekvat preventiv addımlar atmağa imkan verir”.

Mövzu ilə əlaqədar qrup işi keçirildikdən sonra iştirakçılara radikal ekstremizm və terrorizmin insanlarda yaratdığı hisslər və onları doğuran səbəblər haqqında məlumat verilib.

Qeyd edək ki, bu, layihə çərçivəsində Sumqayıt şəhərində keçirilən ikinci tədbirdir. Növbəti həftələrdə isə digər təlimlərin keçirilməsi nəzərdə tutulur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN PREZİDENTİ: “MÜSƏLMAN ÖLKƏLƏRİ İLƏ ƏLAQƏLƏR BİZİM ÜÇÜN XÜSUSİ ƏHƏMİYYƏT DAŞIYIR”

Dövlət başçısı: “İslam həmrəyliyinin güclənməsinə böyük töhfə veririk”

Bağla