QƏTƏRDƏ AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ ÜZRƏ “BAZAR GÜNÜ” MƏKTƏBİNİN AÇILIŞI KEÇİRİLDİ

0

16 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyi tərəfindən Qətərdə yaşayan azərbaycanlı soydaşlarımızın uşaqlarına doğma dilimizi, tariximizi öyrətmək üçün “Bazar Günü “məktəbinin acılış mərasimi kecirilib.

Səfir Rəşad İsmayılov tədbiri açaraq, Azərbaycan Respublikasında uşaqlara olan dövlət qayğısından danışıb, Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasında uşaqlarla bağlı həyata keçirilməyə başlanılmış siyasət haqqında məlumat verib.

Səfir cıxışında həmcinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uşaqlara göstərilən diqqət və qayğısını tədbir iştirakcılarının diqqətinə catdırıb

Qeyd edək ki, Səfirliyin və Qətərdə Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə acılan “Bazar günü” məktəbində 20-dən artıq soydaşımız ödənişsiz təhsil alacaq.

Məşğələlərdə əsasən ingilis dilli məktəblərdə təhsil alan azyaşlı şagirdlərə Azərbaycan dilinin fonetika, qrammatika və leksikası tədris ediləcək eyni zamanda, Azərbaycan yazıçıları və şairlərinin əsərlərindən nümunələr, qədim və yeni tariximiz təqdim ediləcəkdir. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PAPA TEODORUN KEŞİŞ STATUSUNU ƏLİNDƏN ALDI. CİNSİ İSTİSMAR.

Roma Papası Fransisk Vaşinqtonun keçmiş baş yepiskopu 88 yaşlı Teodor Makkarrikin keşiş statusunu əlindən alıb.

Bağla