Sazişin 8 milyard dolları isə neft istehsalı zavodları üçün ayrılıb
Səudiyyə Ərəbistanı ilə Pakistan arasında 20 milyard dollarlıq saziş imzalanıb.
Ingilis mediası bildirib ki, ölkə rəhbərləri bununla da iqtisadiyyatlarını daha da gücləndirməyə nail ola biləcəklərini vurğulayıblar.
Səudiyyə Ərəbistanının şahzadəsi Salman İbn Məhəmmədin Pakistana iki günlük səfəri çərçivəsində imzalanan sazişdə enerji və mədənçilik sahələrinə yatırım nəzərdə tutulur. Sazişin 8 milyard dolları isə neft istehsalı zavodları üçün ayrılıb.
Bundan başqa, görüşdə ölkələrarası turzimin inkişafı da müzakirə edilib.
Qeyd edək ki, növbəti gündə Səudiyyə Ərəbistanının şahzadəsinin Hindistana, həftə sonuna doğru isə Çinə səfəri nəzərdə tutulur.