MOSKVADA BU İKİ MÜSƏLMAN ÖLKƏNİN AĞSAQQALLARININ GÖRÜŞÜ KEÇİRİLİB

0

Rusiyanın paytaxtı Moskva şəhərində “Prezident hotel”də Azərbaycan və çeçen ağsaqqallarının görüşü keçirilib.

Bildirilir ki, görüşdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, diplomatik korpusun əməkdaşları, Azərbaycan diasporunun təmsilçiləri və Çeçenistan Respublikasının Moskvadakı daimi nümayəndəsi Bekxan Taymazaxanov iştirak ediblər.

Görüşdə Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident müzakirə olunub.

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus “Neolit” kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. İnsident zamanı ölən və xəsarət alanlar olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞEYXDƏN AZƏRBAYCANLI-ÇEÇEN İNSİDENTİNƏ MÜNASİBƏT – VİDEO

Moskvada bir qrup azərbaycanlı və çeçen arasında baş verən insident təxribatdər və bu Ermənistanın apardığı mənfur siyasətin tərkib hissəsidir.

Bağla