QMİ SƏDRİ ÇERKESSK ŞƏHƏRİNƏ SƏFƏR EDƏCƏK

0

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə fevralın 27-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərinə səfərə yola düşür.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şeyxülislam A.Paşazadə Çerkessk şəhərində sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) növbəti toplantısını keçirəcək. Şuranın budəfəki toplantısı Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevin anadan olmasının 65 illik yubiley ilə əlaqədar keçirilir.

Şuranın iclasında, həmçinin bir sıra məsələlərin, o cümlədən Qafqaz xalqlarının qarşılıqlı dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində atılan addımların müzakirəsi nəzərdə tutulur. Şuranın Vladiqafqazda keçirilən toplantısından sonrakı dövrün hesabat məruzəsi ilə QXADŞ sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edəcək.

Çerkesskə səfər çərçivəsində QMİ sədrinin respublika rəhbərliyi, din xadimləri və Qaraçay-Çərkəzdəki Azərbaycan diasporunun nümayəndələri ilə görüşləri nəzərdə tutulur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ERMƏNİLƏRİN XALQIMIZA QARŞI TÖRƏTDİYİ XOCALI SOYQIRIMINDAN 27 İL ÖTÜR

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalışəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin ildönümüdür.

Bağla