İSLAM KOLLECLƏRİ BU TARİXDƏN FƏALİYYƏTƏ BAŞLAYIR – QMİ

0

“AR Prezidenti İlham Əliyevin sərəncamına əsasən Qafqaz Müsəlmanları İdarəsinin tabeçiliyində 8 İslam kollecinin açılması barədə qərar hazırda icraat vəziyyətindədir”.

Bunu Lent.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin (QMİ) müavini, filologiya üzrə fəlsəfə doktoru Qəmər Cavadlı deyib.

Sədr müavini qeyd edib ki, hər hansı bir tədris müəssisəsinin yaradılması öncə müəyyən maddi-texniki bazanın təşkilini nəzərdə tutur: “QMİ mərhələli şəkildə kolleclərin fəaliyyətə başlaması istiqamətində işlər görür və inşallah, vəzifəsinin öhdəsindən gələcək. Qarşıdan gələn tədris dönəmində Lənkəran İslam Kolleci fəaliyyətə başlayacaq. Müəyyən hazırlıq işləri bitdikdən sonra Bakı Bibiheybət İslam Kollecinin də açılması nəzərdə tutulub”.

Q.Cavadlı bildirib ki, hazırda QMİ-nin Bakı “Şəbnəm” qızlar İslam Kollecı, Şəki İslam Kolleci və Zaqatala Əliabad Kolleci fəaliyyətlərini davam etdirir. Sədr müavini vurğulayıb ki, dini mədrəsələrin kollec statusu alması onların fəaliyyətinə müsbət təsir edib: “Dünənə qədər rəsmən tanınmayan və dövlət qeydiyyatında olmayan dini mədrəsələrin kollec statusu alması həm tələbə qəbulunda artıma, həm də təhsilin daha keyfiyyətli və perspektivli olmasına təsir göstərib”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SƏYAVUŞ HEYDƏROV: “XOCALI FACİƏSİNİ TÖRƏTMİŞ ERMƏNİSTANLA MÜSƏLMAN ÖLKƏSİNİN DOSTLUĞU İSLAMA ZİDDİR”

“Bu gün Qərb dövlətlərinin islamofobiya siyasəti məqsədlidir”.

Bağla