Qazaxıstanda Müsəlman Ruhanilər İdarəsinin nəzdindəki “Zəkat” korporativ fondu yalnız bu yaxınlarda “El ülesi pəterqe”(“Hər kəsə ölkə hesabına mənzil verək”) layihəsini ictimaiyyətə təqdim edib.
Bildirilir ki, layihə çərçivəsində artıq 11-ci ev Almatı vilayətinin Aksu rayonundakı 6 uşaqlı Saudabayevlər ailəsinə hədiyyə edilib.
Baharın ilk cümə günü –martın 1-də Saudabayevlər ailəsinin yeni mənzilinin açarları Qazaxıstanın şeyxi – Ali müfti Serikbay qazı Oraz tərəfindən təqdim edilib. Təntənəli toplantıda Ali müfti bu xeyirxah işə öz töhfəsini verən və “Zəkat” xeyriyyə fondunun layihəsini dəstəkləyən hər kəsə təşəkkürünü bildirib.