İRANIN DİNİ LİDERİ XAMENEİ MİNLƏRLƏ İRAN GƏNCİNİN QATİLİNƏ VƏZİFƏ VERDİ

0

İranın Ali dini lideri Əli Xamenei 58 yaşlı keçmiş baş prokuror İbrahim Rəisini məhkəmə hakimiyyətinə yeni rəhbər təyin edib.

Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb.

Bu təyinat xüsusilə “Human Rayts Voç” təşkilatının kəskin tənqidinə səbəb olub. ABŞ Dövlət Departamenti isə Rəisinin təyinatını “biabırçılıq” adlandırıb.

Qeyd edək ki, İbrahim Rəisi son prezident seçkisində İran Prezidenti Həsən Ruhaninin əsas rəqibi olub. O, İranın bütün müqəddəs məkanlarına nəzarət edən Astane Qüds Rezavi fondunun rəhbəridir.

1988-ci ildə İran həbsxanalarında olan siyasi məhbusların kütləvi edamı həyata keçirilib. Bu prosesin reallaşdırılması üçün Tehran “Ölüm heyəti” yaradıb. Heyətə üzvlər arasına İran prezidentliyinə mühafizəkarların son namizədi İbrahim Rəisi də daxil edilib. Edam olunanların böyük əksəriyyəti Xalq Mücahidləri Təşkilatının üzvləri olublar. İran hakimiyyəti üçün əsas təhdid olaraq bilinən təşkilat üzvlərinin uzun müddət bütün ölkə ərazisində təqib və həbsləri davam edib. Rəsmi mənbələrə görə, kütləvi edamlar zamanı təşkilatın 4500 üzvü qətlə yetirilib. Bəzi mənbələr isə bu sayın 30000 nəfərə qədər çata biləcəyini iddia edirlər.

Bu edamlardan sonra Xalq Mücahidləri Təşkilatı İrandan çıxıb. Təşkilata sonrakı dövrlərdə də xüsusi dəstək İraq tərəfindən verilib. ABŞ bu təşkilatı İraq müharibəsindən sonra qara siyahısından çıxarıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏ İLK DƏFƏ ŞƏRİƏTİN ƏSASLARINI TƏDRİS EDƏN ONLAYN KURSLAR YARADILIB

Dubayda yerləşən “Dar Əl Ber” xeyriyyə fondu İslam şəriətinin və müsəlmanların hüquq normalarını ödənişsiz öyrənmək istəyənlər üçün “Əl Ber” onlayn...

Bağla