İSLAMDA TATTOO`NUN HÖKMÜ

0

Tattoo, döymə adını daşıyan Avropa dillərində, insan orqanını müxtəlif materiallarla, müxtəlif tətbiqlərlə bəzəməklə dəri üzərində hazırlanmış əlamətlərin və nümunələrin ümumi adıdır. Kimiləri bunu sənət olaraq, kimiləri isə sağlıq baxımından zərərli olaraq görür. Bu gün; bəzilərinə  görə bəzək, bəzilərinə görə şans, bəzilərinə  görə uğur, bəzilərinə görə isə duyğuların əks olunması olan döymə minlərlə il boyunca bir ənənə kimi hələ də gündəmdədir.

Bəs, döymə sənəti İslamda necə qarşılanır?

İslam alimləri bu məsələ haqqında döymənin günah və haram olduğunu, caiz olmadığını düşünürlər.

 “.Allah ona (Şeytana) lə´nət etdi (rəhmətindən kənar edib dərgahından qovdu). O isə dedi: “Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam”. Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb Şeytanı özünə dost tutun şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır.( ən-Nisa, 4/118-119) .

Abdullah ibni Ömər (r.a) belə söyləmişdir: “Rəsulallah (s.a.v): ‘… Döymə edən və döymə etdirmək istəyən qadınlara Allah lənət etsin’ ” – buyurdu. “( Buxari 594, Müslim 2124/119)

Bildiyimiz kimi, Döymə, donuz və ya balıq ödü,  is qarası və susam yağı kimi dərmanlarla hazırlanır. Proses zamanı insan böyük bir əzab duyur. Böyük tikişli tikiş iynələri  bir yığında yan-yana yığılır. Bəyənilmiş şəkil və forma çəkilir, sonra iynələr yığını həmin formanın üzərinə  basılaraq möhürlənir. Sonra yaranın üzərinə rəng verici maddə çəkilib, parça ilə örtülür. Yaranın ağrısı döymə iynələrinin ağrısından sonra başlayır. İynələnmiş sahə şişirir, iltihab edir, normal bir yara  kimi fəaliyyət göstərir və qabıqlanar.

Sağlamlıq baxımından döymənin insan bədəninə zərərləri varmı?

  • Kimyəvi və insan sağlamlığına zərərli boyalar istifadə edilən döymələr dəri xərçənginə səbəb ola bilər.
  • Hamiləlik zamanı körpənin inkişafına mənfi təsir göstərir.
  • Tetanoz genital herpes, herpes simplex, Hepatit B və C xəstəliklərinin yaranmasına səbəb ola bilər.
  • Müxtəlif dəri xəstəliklərinə səbəb olur.
  • Kimyəvi reaksiya nəticəsində lenfnodu iltihabı, allergik reaksiya və keloid xəstəliklərinin dəvətçisi olur.
  • Müvəqqəti döymələr də bir aydan sonra dərini tərk etdikdə allergik xəstəliklərə səbəb ola bilər.
  • Gigiyenik şərtlərə cavab verməyən mərkəzlərdə və ya İnsanların qalıcı döymələrin olması halında eyni maddələrin müxtəlif insanlara tətbiq edilməsi nəticəsində ciddi viral infeksiyalar meydana gəlir.
  • AİDS kimi bulaşıcı xəstəliklərin ötürülməsinə, hepatit xəstəliklərinin ötürülməsinə səbəb ola bilər.

Döymə qüsula və dəstəmaza mane olurmı?

 

Döymə etdirmək dəstmaza və qüsula mane deyildir. Çünki, döymə dərinin altında yer alır, qüsul və dəstəmazda isə dərinin üstünün yuyulub, təmizlənməsi fərzdir. Döymə dərinin altında qaldığına görə. Onun bədənin hər hansı bir yerində olması qüsul və dəstəmaza mane olmaz. Üzərinin yuyulması ilə səhih olar. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZANI FİTƏ BASANLARA ƏRDOĞANDAN – SƏRT CAVAB

Azana hörmət etməyənlər, bayrağa da hörmət etməz. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mersin mitinqində çıxışı zamanı deyib. “Azana...

Bağla