Yeni Zelandiyada məscidlərin atəşə tutulması nəticəsində ölənlər və yaralılar arasında azərbaycanlıların olması ilə bağlı məlumat daxil olmayıb.
Bu barədə ONA-ya XİN-dən məlumat verilib.
Bildirilir ki , Azərbaycanın eyni zamanda Yeni Zelandiyada akkreditasiya olunmuş Avstraliyadakı Səfirliyi bu məsələ ilə bağlı Yeni Zelandiyanın müvafiq qurumları və bu ölkədəki diaspora nümayəndələri ilə davamlı təmasdadır.