Finlandiyanın paytaxtı Helsinkidə məscidə irqçi hücum olub.
Dailysabah.com-un məlumatına görə, hücum zamanı məscidin binasına İslamı təhqir edən ifadələr yazılıb.
Məsələ ilə bağlı açıqlama verən məscidin nümayəndəsi Həsən Sahim bildirib ki, faktla bağlı polisə şikayət edilib, araşdırmalar başlanılıb.
O qeyd edib ki, bu, son 24 saatda məscidə edilən ikinci hücumdur.