BMT Yəməndə xolera epidemiyası aşkar edib.
Xəstəliyin sürətlə yayılmasına səbəb kimi aşırı yağışlar və çirkli sulardan içməli su kimi istifadə olunmasıdır.
BMT-nin bölgədəki humanitar yardım Ofisi mart ayı ortasından bu yana xolera epidemiyası səbəbindən 190 insanın öldüyünü bildirib.
Ehtimal olunur ki, 100 mindən çox insan bu xəstəlikdən əziyyət çəkir.
Ən dəhşətlisi odur ki, xolera epidemiyası daşıyıcılarının üçdə biri 5 yaşına qədər uşaqlardır.
BMT-nin hesabatına görə, xolera xəstəliyindən əziyyət çəkən ən sıx bölgə paytaxt Sana və ətrafıdır.