Avstriyanın baş naziri Sebastian Kurz Yeni Zelandiyada 50 nəfəri qətlə yetirən terrorçu ilə Avstriyadakı “Kimlikçilər hərəkatı” arasında maliyyə dəstəyi və əlaqə olduğunu açıqlayıb.
Bildirilir ki, Kurz Yeni Zelandiyada iki məscidə terror hücumu təşkil edən Avstraliya əsilli terrorçu ilə ifrat sağçı “Kimlikçilər hərəkatı”nın sözçüsü Martin Sellnerin əlaqəsinin ortaya çıxarıldığını bildirərək “Yeni Zelandiyadakı hücumu təşkil edən adamla Avstriyadakı Kimlikçilər hərəkatı arasında maliyyə dəstəyi və əlaqə olduğu aşkar edilib.” deyib.
Əlaqənin ətraflı şəkildə araşdırılacağı qeyd edən Kurz “Kimlikçilər hərəkatının bağlanılmasına dair Daxili İşlər və Ədliyyə nazirləri ilə görüşdüm. Bu quruluşa qarşı hər iki nazirlik də bütün imkanlarını səfərbər edəcək” deyib.