Türkiyənin təhlükəsizlik xidmətinin əməkdaşları Afyonkarahisar vilayətində 1300 il yaşı olan Tövrat nüsxəsini müsadirə ediblər.
Polis əməkdaşları yəhudilərin müqəddəs kitabının ən qədim nüsxələrindən birini adı açıqlanmayan şəxsin avtomobilini yoxladıqları zaman aşkar ediblər. Türkiyə milli təhlükəsizlik xidmətinin göstərişi ilə avtomobilin sahibinin və həbs edilmiş daha 5 nəfərin adları gizli saxlanılır.
Dəri səhifələrdə yazılmış mətni və qalın dəri üzlüyü olan kitabın dəyərinin milyonlarla dollar olduğu bildirilir.