AYA SOFYA YENİDƏN MƏSCİD ADLANACAQ

0

UNESCO-nun Dünya Mədəni İrsi siyahısında yer alan, tikildiyi dövrdə provoslav kilsəsi, daha sonra məscid, hazırda isə muzey olan Aya Sofya məbədinin statusu yenidən dəyişdiriləcək.

“Qafqazinfo” “Yeni Şafak”a istinadən xəbərt verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Sultanbəyli səmtində əhali ilə görüşündə həmin muzeyin 31 martda keçiriləcək bələdiyyə seçkilərindən sonra məscid adlandırılacağını bildirib:

“Qüdsü, Fələstini, Qola təpələrini istədikləri kimi qəsb edə biləcəklərini düşünənlər, bizdən intiqam almaq istəyir. Nə olursa olsun, təki millətimiz bizimlə olsun. Düşmənimiz çox olsa da olar. Allahın izni ilə hamısının öhdəsindən gələrik. İnşallah,bazar günü seçkidən sonra Aya Sofyanı yenidən məscid adlandıracağıq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ 1300 İL YAŞI OLAN TÖVRAT NÜSXƏSİ MÜSADİRƏ OLUNUB

Türkiyənin təhlükəsizlik xidmətinin əməkdaşları Afyonkarahisar vilayətində 1300 il yaşı olan Tövrat nüsxəsini müsadirə ediblər.

Bağla