DİNİ İCMALARIN ÜZVLƏRİ ARASINDA MÜSABİQƏ

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə dini icmaların üzvləri arasında “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məqalə müsabiqəsi elan edib.

Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, müsabiqəyə milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən, Ulu Öndərin azərbaycançılıq ideologiyasına əsaslanaraq milli-mənəvi dəyərlər sistemimizin daha da gücləndirilməsi, aşınmadan xilas edilməsi, milli-mənəvi dəyərlərə qayıdış və milli oyanış sahəsində atdığı addımlardan bəhs edən məqalələr göndərilə bilər. Həmçinin ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə milli-mənəvi dəyərlərimizin ən önəmli komponentlərindən biri olan dini abidələrimizin bərpası və yenidən inşası, dini-ideoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə hüquqi-inzibati sferada zəruri addımlar atılması, məzhəbçilik, dini nifrət və ayrı-seçkiliyin ölkəmizə ayaq açmasının qarşısının alınması istiqamətində görülən işlərin işıqlandırıldığı məqalələr də qəbul olunur.

Müsabiqəyə təqdim edilən məqalə mövzuya uyğun olmalı, müsabiqə elan olunduqdan sonra məqalə qəzet, informasiya agentlikləri və ya xəbər saytlarında dərc edilməli, həcmi 8 min işarədən artıq olmamalıdır (1,5 aralıq məsafə ilə təxminən 3-4 A4 formatlı vərəq həcmində). Yazılar qəzetdə dərc olunarsa A4 formatlı vərəqlərdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Dövlət Komitəsinə təqdim olunmalıdır, elektron media resursunda yayımlanarsa A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) link əlavə edilərək çap olunmalı və Dövlət Komitəsinə təqdim edilməlidir.

Birinci yerin qalibinə 500 AZN, ikinci yeri tutana 400 AZN, üçüncü yerə layiq görülənə isə 300 AZN mükafat veriləcək. Bundan başqa, üç həvəsləndirici mükafat (100 AZN) da nəzərdə tutulub.

Müsabiqə üçün yazılar aprelin 20-dək təqdim edilməlidir. Ünvan: Bakı şəhəri, Əhməd Cavad küçəsi 16. Əlaqə telefonları: (012) 505 78 16 / (012) 505 78 19. E-mail: redaksiya@scwra.gov.az.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AYA SOFYA YENİDƏN MƏSCİD ADLANACAQ

UNESCO-nun Dünya Mədəni İrsi siyahısında yer alan, tikildiyi dövrdə provoslav kilsəsi, daha sonra məscid, hazırda isə muzey olan Aya Sofya...

Bağla