İNTERNET VƏ TELEFONU RƏDD EDƏN HAHAM YİSROELİN 100 MİNLİK CƏNAZƏ MƏRASİMİ – FOTO

0

Nyu-York son illərin ən izdihamlı cənazə mərasiminin şahidi olub. 

Din.az Teleqraf.com-a istinadən xəbər verir ki, aprelin 1-də vəfat edən yəhudi əsilli Haham Yisroel Avrohom Portugalın cənazə mərasiminə yüz minlərlə insan qatılıb.

Nyu-York polisi bəyan edib ki, mərasimə 100 minlərlə insanın qatılması səbəbindən o qədər basırıq olub ki, nəticədə 2 polis əməkdaşı yaralanıb.

Nasist Almaniyasından xilas edilən yəhudilər arasında olan Haham Yisroel sonradan ABŞ-a köçüb.

İnternet, telefon kimi texnoloji yenilikləri rədd edən Hahamın cənazə törənində insanlardan xahiş olunub ki, əllərini telefonlara vurduqdan sonra cənazəyə toxunmasınlar.

Ancaq bu xəbərdarlığa baxmyaraq, çoxlu sayda insanın əlində mobil telefonların olduğu görünüb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU MÜSƏLMAN ÖLKƏSİ QONŞUSUNUN TORPAĞINI ÖZ ƏRAZİSİNƏ QATDI

Dağıstan parlamenti birtərəfli qaydada sərhədlərin müəyyən edilməsinin yolverilməz olması barədə bəyanatla çıxış edib. Bildirilir ki, buna səbəb Çeçenistanın Qeydiyyat, Kadastr...

Bağla