QONŞU ÖLKƏDƏ SÜNNİ VƏ ŞİƏLƏR BAYRAM TƏDBİRLƏRİNİ BİRLİKDƏ KEÇİRDİLƏR – FOTO

0

Gürcüstanda İslam dinimizin bəzi əlamətdar hadisələrilə bağlı tədbirlər keçirilib.

Gürcüstanın Bolnisi rayonunda sünnilər və şiələr birlikdə dini mərasimlərdə iştirak ediblər.

Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə yerli din, elm, ictimaiyyət xadimləri və dövlət rəsmiləri və ətraf kəndlərdən dəvət olunan inanclı müsəlmanlar iştirak edib.

Mərasimin aparıcısı Bolnisinin baş axundu Hacı İfrət Əhmədov Quran tilavətindən sonra qonaqları salamlayıb təbrik və sonuncu Peyğəmbər və son din haqda fikirlərini söyləmək üçün sözü Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova və Şərqi Gürcüstan müftisi Hacı Yasin Əliyevə verib. Sonra kürsüyə Almaniyada yerləşən Alulbeyt Mədəniyyət Mərkəzinin sədri, din alimi Kərim Ucar, Türkiyə Diyanət İşləri Başkanlığının nümayəndəsi Hacı Ahmed Erdem və başqaları dəvət edilib.

Çıxış edən din rəhbərləri və qonaqlar Allahın rəsulu, Peyğəmbərlərin xatəmi Hz. Məhəmmədin (s) həyat tərzindən, gətirdiyi kaml dinin insanlığa verdiyi örnəklərdən və mesajlardan söhbət açaraq, Onun ümməti hesab olunan müsəlmanların O Həzrəti düzgün öyrənib söz və davranışları ilə düzgün tanıtmalarının, İslama mənsub olmalarını nümunəvi təmsil etmələrinin vacibliyindən danışıblar.

Bayram süfrəsi ətrafında keçirilən mərasimdə Almaniyadan dəvət olunan Hasan Babur öz qələmə aldığı və əslən Bolnisidən olan mərhum Azərbaycanlı şair Zəlimxan Yaqubun şeirlərini söyləyib.

İki saat müddətində davam edən mərasimdə çıxışlararası və sonda Kərbəlayi Səid Həsən ilahilər ifa edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
GÜRCÜSTAN AZƏRBAYCANLILARI AZƏRBAYCANDA DİNİ TƏHSİL ALA BİLƏCƏKLƏR

“Gürcüstanın azərbaycanlı vətəndaşları Azərbaycanda dini təhsil ala biləcəklər”. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Saqareco rayonunda...

Bağla