DİN XADİMLƏRİ ÜÇÜN ALTERNATİV HƏRBİ XİDMƏT – YENİ TƏKLİF

0

Dini etiqad azadlığından istifadə edərək həqiqi hərbi xidmətdən boyun qaçıran vətəndaşlar üçün alternativ xidmət sahələri yaradılmalıdır.

Bunu Gürcüstanın müdafiə naziri Levan İzoriya parlamentdəki çıxışında deyib.

Nazir bildirib ki, bəzi insanların özlərini din xadimi kimi təqdim edərək həqiqi hərbi xidmətdən boyun qaçırmaları hallarına dünyanın əksər ölkələrində rast gəlinir. Lakin insanlar din xadimi olduğunu sübut etməlidirlər. Yalnız onların həqiqətən də din xadimi olduqları sübuta yetirildikdən sonra bu barədə müvafiq qərar verilməlidir.

L.İzoria deyib: “Dini etiqad azadlığından sui-istifadə edərək həqiqi hərbi xidmətə getməyən insanlar qanun qarşısında cavab verməlidirlər. Din xadimləri üçün də alternativ xidmət növləri yaradılmalıdır ki, onlar da Vətən qarşısında hərbi borcu yerinə yetirə bilsinlər. Lakin bu, könüllük prinsipinə əsaslanmalı və heç bir dini ayrı-seçkiliyə səbəb olmamalıdır. Biz bütün sahələrdə vətəndaşların bərabərhüquqlu şərtlərdən istifadə etməsinə şərait yaratmalıyıq”.

Son vaxtlar Gürcüstanda bəzi siyasətçilərin pravoslav dininə sitayiş etməyən din xadimlərinin həqiqi hərbi xidmətə çağırılmaları barədə çıxışları və bununla əlaqədar qanun layihəsi hazırlamaları cəmiyyətdə ciddi etirazlara səbəb olub. Ölkədəki İslam, katolik, yəhudi və digər dini icmaların nümayəndələri bu təklifə ciddi etiraz edir, bunu dini ayrı-seçkiliyin nümunəsi kimi qiymətləndirirlər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
50 Müsəlmanın Qatili İlə Bağlı Qərar

Yeni Zelandiyanın Kraystçerç şəhərində terakt törətməklə 50 nəfərin ölümündə ittiham olunan Brenton Tarrant psixoloji sağlamlıq testindən keçiriləcək.

Bağla