İMİŞLİDƏ MƏZHƏBÇİLİK TƏHLÜKƏSİ İLƏ BAĞLI MÜŞAVİRƏ KEÇİRİLDİ

0

Bu gün İmişlidəki Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Məzhəbçilik – dini təhlükəsizliyə təhdid kimi” mövzusunda seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İmişli Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı, Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, İmişli, Beyləqan, Füzuli, Xocavənd və Saatlı rayonlarının icra və hüquq-mühafizə orqanlarının rəsmiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.

Seminar-müşavirədə əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş olunub.

Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxışında bildirib ki, istənilən ölkədə dini radikalizm və ekstremizmin əhatə dairəsinin genişlənməsi ictimai və milli təhlükəsizlik risklərini artıra bilər. Hətta bəzən müəyyən xarici siyasi və dini dairələrin bəzi ölkələrdə fərqli məzhəb mənsubları arasında gərginlik, qarşıdurma yaratmaq cəhdləri həmin ölkələr üçün ictimai təhlükəsizlik baxımından ciddi təhdiddir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NEFTÇALADA “DÜNYƏVİ DÖVLƏTDƏ DİN VƏ TƏHSİL” MÖVZUSUNDA İKİGÜNLÜK SEMİNAR-TRENİNQ KEÇİRİLİR

Aprelin 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Neftçalada “Dünyəvi...

Bağla