Hicablı qız Avropada “İnformasiya texnologiyaları sahəsində ilin qızı” oldu

0

Efiopiyadan olan 21 yaşlı tələbə Ebtisam Məhəmmədsalh “Microsoft”-un İsveçdə təşkil etdiyi ” İnformasiya texnologiyaları sahəsində ilin qızı- 2019″ mükafatını qazanıb.

Ebtisam bu adı almaqdan çox xoşbəxt olduğunu bildirib. O, yalnız 4 il öncə Efiopiyadan İsveçə gəlib. Müsəlman tələbənin sözlərinə görə, başqa bir ölkədə doğulmuş və həm də hicablı bir qızın belə bir mükafat ala bilməsi gözəldir.

“Məhəmmədsalihi qızların ən yaxşısı kimi qəbul etməyə bizi bu müsəlman xanımın bərabərlik, müxtəliflik və inklüzivliliyə olan bağlılığı vadar etdi. O, yeni bilik və bacarıqlar əldə etməyə çox ehtiraslıdır və bu gün daha çox nailiyyət qazanmaq üçün fərqli öyrənmə üsullarından necə istifadə etməyin nümunəsi ola bilər”- avropalı təşkilatçılar belə deyib. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Qafqaz Müsəlmanları İdarəsi yeni Quran kursları açıb

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) bu ilin ilk Quran kurslarının açılışı olub. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, bu münasibətlə dini...

Bağla