NAZİRLİK: “TƏZƏPİR” MƏSCİDİNİN YAXINLIĞINDA QAZINTI ZAMANI TAPILAN TİKİLİ TARİXİ ABİDƏ SİYAHISINDA OLMAYIB

0

Mədəniyyət Nazirliyi Bakıda “Təzəpir” məscidinin yaxınlığında aparılan qazıntı işləri zamanı qədim hamamın qalıqlarının aşkarlanmasına münasibət bildirib.

Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov “Report”un sorğusuna cavab olaraq bildirib ki, həmin tikili tarixi abidə siyahısında olmayıb.

F.Hüseynov qeyd edib ki, həmin tikili şəxsi mülkdə olan hamamın külxanasıdır: “Təxminən, 12 il əvvəl orada tikinti işləri görülüb və yaxınlıqda avtomobil dayanacağı da olub. Tikinti işləri gedən zaman da həmin hamam sökülüb, yerin alt hissəsində isə külxanası qalıb. Çünki külxanalar həmişə tikili özülünün aşağısında olub. Bu cür hamamlar şəxsi mülkə aid olsa da abidə sayıla bilər, lakin həmin tikili tarixi abidə siyahısında olmayıb”.

Yasamal Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, bu məsələ ilə Mədəniyyət Nazirliyi məşğul olur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ: Ramazan ayı mayın 6-da başlayır

Ramazan ayının ilk günü may ayının 6-na təsadüf edir. Bu barədə ONA-ya Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Təşkilat şöbəsinin müdiri Əlirza Qafarov...

Bağla