İSLAM RESPUBLİKASINDA DƏHŞƏT: DİNC İNSANLAR GÜLLƏ-BARAN EDİLDİ

0

Pakistanda dinc insanlara qarşı terror aktı törədilib.
Din.az bildirir ki, Pakistan İslam Respublikasının cənub-qərbində yerləşən Bəlucistan əyalətində naməlum şəxslər avtobusu saxlayaraq, içərisindəki sərnişinləri çölə çıxarıblar.

Pakistanın Qvadar şəhərinin polis rəisi Məhəmməd Vasim bildirib ki, cinayətkar dəstə 14 nəfər güllələyərək qətlə yetirib.

Onun sözlərinə görə, hücum edənlər sərnişinlərdən sənədlərini göstərməyi tələb ediblər.

Pakistaın Baş naziri İmran Xan bu terror aktını pisləyib və ölənlərin qohum və yaxınlarına başsağlığı verib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞƏHƏRDƏ DİLƏNÇİLİK QADAĞAN EDİLDİ

İsveçin Katrineholm şəhərinin eyniadlı kommunasının inzibati mərkəzinin Şəhər Şurası bələdiyyənin müəyyən yerlərində dilənçiliyə qadağa qoyulmasının tətbiq edilməsi qərarına səs verib.

Bağla