Gürcüstanda milli mahnı və musiqiləri, folkloru öyrədəcək 30-a yaxın məktəb açılacaq.
Bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze məlumat verib.
Bildirib ki, Gürcüstanda kilsənin təşəbbüsü ilə həyata keçirilən dövlət proqramı çərçivəsində artıq 20 məktəb açılıb və bu məktəblərdə 800 uşaq gürcü xalq mahnılarını və kilsədə ifa olunan himni öyrənir. Daha 6 belə məktəb də açılacaq.
Onun sözlərinə görə, növbəti mərhələdə Gürcü Folkloru Mərkəzi yaradılacaq.
Baş nazir deyib: “Öz milli adət ənənələrini, sərvətini, folklorunu, tarixini unudan xalqın, millətin gələcəyi olmaz. Mən gürcü, xristian ailəsində böyümüşəm. Düşünürəm ki, milli folklorumuzu inkişaf etdirmək milli maraqlarımıza tam uyğundur”.
Məlumat üçün qeyd edək ki, kilsə himni gürcü xalqının qədim çoxsəsli folklor musiqisi hesab olunur və 2018-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.