Bu gün Ümumdünya kitab günüdür. 1996-cı ilin 23 aprelindən qeyd olunan bu bayram maarifçilik və mədəni ənənələrin inkişafı, kitabların həyatımızdakı önəmini vurğulamaq məqsədi daşıyır.
Dünyada ən çox kitab oxuyan ölkə Hindistan, ən çox oxunan kitab isə Qurani Kərim olub.
Məlumata görə, Hindistanda hər vətəndaş həftədə 10 saat 42 dəqiqə kitab oxuyur. İkinci sırada yer alan Tailandda bir nəfər təxminən həftədə 9 saat 24 dəqiqə, Çində isə xalq həftədə 8 saatını kitab oxuyaraq keçirir.
Dünyada ən çox oxunan kitab isə Qurani Kərim olub. İncil isə ikinci sırada yer alır.
Çin Xalq Respublikasının qurucusu Mao Tszedunun sözlərindən ibarət “Lider Maodan seçmə sözlər” də ən məşhur kitablar siyahısında üçüncü sırada yer alır.
Servantesin “Don Kixot” kitabı ilə Coan Roulinqin “Harry Potter” seriyası da dünyada ən çox oxunan ədəbiyyat əsərləri arasındadır. / Metbuat.az