AZƏRBAYCANDAN HƏCC ZİYARƏTİNƏ GETMƏK İSTƏYƏNLƏRİN SAYI 500-Ü KEÇİB

0

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 500-dən artıq insan müraciət edib.

Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Qeyd edilib ki, hazırda sənəd qəbulu davam edir: “Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək istəyən hər kəs bu arzularını reallaşdıra biləcək”.

Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu.

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Şəki Mərkəzi Cümə Məscidinin Beynəlxalq uğuru

Qafqaz Müsəlmanları İdarəsi Şəki Mərkəzi Cümə Məscidinin müəzzini və imam müavini Tural İxtiyar oğlu Məmmədov 12-20 aprel tarixlərində Malaziyanın paytaxtı...

Bağla