Abdulkadir Uraloğlu: “Horadizdən Ordubada 166 kilometrlik yeni dəmir yolu çəkiləcək”

0

Horadizdən Ordubada 166 kilometrlik yeni dəmir yolu çəkiləcək.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Onun sözlərinə görə, xəttin Ermənistan hissəsinin Zəngəzurdan keçəcək 43 kilometrlik hissəsi ilə bağlı Azərbaycanla Rusiya arasında danışıqlar aparılacaq.

O, Türkiyə ilə Azərbaycan arasında yeni nəqliyyat əlaqəsini təmin edəcək Qars-Naxçıvan dəmir yolundan da danışıb.

“Ordubaddan Naxçıvanın şimalında yerləşən Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq. Bundan əlavə, xətt Vəlidağdan Ermənistan sərhədinə qədər 14 kilometr uzadılacaq”.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YAY FƏSLİNİN AZƏRBAYCANA DAXİL OLACAĞI VAXT AÇIQLANIB

Yay fəsli Azərbaycana iyunun 21-i saat 18:57:47-də daxil olacaq. Bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki,...

Bağla