ABDULLAH ZÜL-BİCADEYN (RA) KİMDİR?

0

Zül Bicadeyn – Abdullah bin Avf əl-Müzənni (ra). Bu cəfakar səhabəni yaxından tanıyaq:

Atası vəfat etmişdi. Əmisi zəngin idi, əmisinin yanında işləyirdi. Bir gün əmisinə bir peyğəmbər gəldiyini – dedi. “Artıq haqq gəldi, batil bitsin! Mən müsəlman olacağam və peyğəmbərimizin yanına gedəcəyəm!” – dedi.

Əmisi fanatik bir bütpərəst idi. Zül-Bicadeyni əvvəl döydü, sonra əynindəki paltara qədər hər şeyini əlindən aldı və onu qovdu.

Zül-Bicadeyn ağlayaraq anasının yanına getdi. Başına gələnləri anasına danışdı və “ana nə olar mənə bir imkan ver, mən Mədeniyi-Münəvvərəyə peyğəmbərmizin yanına gedim.” – dedi.  

Çarəszlik içində olan anası, ona ana şəfqəti göstərərək bir kilim parçasını iki yerə böldü, yarısını belinə bağladı, digər yarısını da çiyninə salaraq oğlunu Mədinəyə yola saldı.

Zül-Bicadeyn bu minvalla təxminən 400 km yol qət edərək Mədinəyə gəldi. Ravzaya girdi, üstü-başı pərişan, ayaqları qan içində idi. Rasulullah (SAV) baxdı, cəzb və intisab qanunu ilə, “Zül-Bicadeyn sənsənmi?” – deyə soruşdu. O da, “Bəli mənəm.” – dedi.

Orada Rasulullah (SAV) ilə birlikdə daimi bir könül bərabərliyi başladı. Zül-Bicadeyn orada Qurani-Kərim oxumağı öyrəndi və təqvalı bir həyat yaşamağa başladı.

Bir gün Tebuk qəzvəsi üçün hazırlıqlar başladı. Peyğəmbərin (SAV) yanına gedərək, “Ya Rasulullah! Səndən tək bir xahişim var. Bir arzum var!” – dedi. “Nədir?” – deyə Rasulullah (SAV) soruşdu.

“Ya Rasulullah! Mən Tebukda iştirak etmək, orada Allah yolunda parça-parça olaraq şəhid olmaq istəyirəm!”

“Zül-Bicadeyn, sən orada isitmə xəstəliyinə yaxalansan və bu şəkildə ölsən səfərdə olduğun üçün yenə şəhid savabı qazanacaqsan.” – dedi Rasulullah (SAV).

“Xeyr, xeyr ya Rasulullah! Allah mənə çox böyük bir nemət verdi, bu nemətin qarşılığında fədakarlıqla ölmək istəyrəm.” – dedi Zül-Bicadeyn.

Nəhayət səfər başladı və Mədineyi-Münəvvərədən Tebuka qədər min km yol qət edildi. Orada Zül-Bicadeyn isitmə xəstəliyinə yaxalandı və vəfat etdi.

Abdullah ibni Məsud (ra), “bir gecə gördüm ki, Rasulullah (SAV), arxasında Əbu-Bəkr (ra), onun da arxasında Ömər (ra) qucaqlarında bir şey gedirlər – deyə rəvayət edir: “Mən uzaqdan onları izlədim, nəhayət bir yerə çatdılar və orda qəbir qazdılar. Rasulullah (SAV) qəbrə endi və “qardaşımı mənə verin” – dedi. Zül-Bicadeyni qucağına götürdü və qəbrə qoydu.”  – dedi.    

İbni Məsud rəvayətinə davam edərək deyir: “Elə imrəndim, elə qibtə etdim ki, dedim kaş mən ölsəydim, Rasulullah (SAV) məni qəbrə qoysaydı!”

Burada bir fədakarlıq nümunəsi görürük. Fədakarlığın nəticəsinə Allah-Taala böyük mükafatlar ehsan edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU ÖLKƏDƏ BAYRAM NAMAZI AÇIQ HAVADA QILINACAQ

Bolqarıstan müsəlmanları ramazan bayramı namazını açıq havada qılacaqlar. Bu barədə Bolqarıstanın baş müftisi Mustafa Alış Hacı ilə ölkənin baş naziri...

Bağla