ABŞ 16 SƏUDİYYƏ ƏRƏBİSTANI VƏTƏNDAŞINA ÖLKƏYƏ GİRİŞ QADAĞASI QOYUB

0

ABŞ 16 Səudiyyə Ərəbistanı vətəndaşına ölkəyə girişi qadağan edib.

Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: “7031-ci hissə nəzərdə tutur ki, əgər dövlət katibinin xarici hökumətlərin məmurlarının əhəmiyyətli dərəcədə korrupsiyada və ya ciddi insan hüquqlarının pozulmasında iştirak etmələrinə dair dəqiq məlumatlar varsa, o zaman bu insanlar və onların ailə üzvləri Birləşmiş Ştatların ərazisinə girə bilməzlər”.

Səbəb qismində sözügedən 16 şəxsin jurnalist Camal Xaşkacinin qətlində iştirakı göstərilib.

Qeyd edək ki, C.Xaşkaci sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistanı tərəfi C.Xaşkacinin konsulluqdan çıxdığını bildirsə də, bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QIRĞIZISTANDA MÜSƏLMANLARA PLASTİK ƏMƏLİYYAT HARAM ELAN EDİLDİ

Qırğızıstanın baş müftisi plastik əməliyyatlarla bağlı fətfa verib. Belə ki, sağlamlıqla bağlı ciddi problem olmadığı təqdirdə plastik əməliyyat etdirmək və...

Bağla