Amerika Birləşmiş Ştatlarında (ABŞ) Pakistan əslli Dilavər Syed Kiçik Biznesin İdarə edilməsi (SBA) üzrə vitse-prezident təyin edilib.
Məlumata görə bu, ABŞ-da bir müsəlmanın təyin edildiyi ən yksək vəzifədir.
Syed ABŞ senatında 42-yə qarşı 54 səslə verdiyi dəstəklə bu vəzifəyə təyin olunub.
Bundan əvvəl isə Dilavər Syed ABŞ Dövlət Departamentinin ticarət əlaqələri üzrə xüsusi nümayəndəsi olub.
Qeyd edək ki, ABŞ prezidenti Jo Bayden tərəfindən 2021-ci ilin mart ayında Dilavər Syedin SBA vitse-prezidentliyə namizədliyi irəli sürülmüşdü. Amma senatın respublikaçı vəkilləri Syedi dəstəkləməmişdi.
Bu ilin əvvəlində Dilavər Syedin bu vəzifəyə namizədliyi ABŞ prezidenti Jo Bayden tərəfindən irəli sürülmüşdü.