ABŞ-DA HƏKİMLƏR DÜZGÜN İSLAMI TƏBLİĞ ETMƏK ÜÇÜN PULSUZ XİDMƏT GÖSTƏRİR

0

ABŞ Alabama əyalətinin Huver şəhərində bir qrup müsəlman həkim kasıblara və sığortası olmayanlara pulsuz tibbi xidmət göstərirlər. Ölkənin müxtəlif bölgələrindən buraya gələn həkimlərin məqsədi xeyriyyəçiliklə yanaşı, cəmiyyətdə İslam dininə qarşı yaranmış kortəbii fikirləri yox etməkdir. Bağışlanan yardımlarla fəaliyyət göstərən klinika 10 il əvvəl işə başlayıb.

Xüsusilə bazar günləri saat 14.00 ilə 16.00 arasında klinikaya müraciət edən kasıb, qaçqın və sığortasızlara pulsuz müayinə, peyvənd və laboratoriya xidməti göstərilir. Bundan başqa həftənin müəyyən günlərində də kasıb xəstələrə pulsuz dərman verilir və tibbi xidmət göstərilir.

“Alabama Qırmızı Aypara” klinikası adlı bu xeyriyyə qurumunda 16 müsəlman həkim fəaliyyət göstərir. Burada, hansı dinin məsubu olmasından asılı olmayaraq bütün möhtaclara tibbi xidmət verilir.

Klinikanın qurucularından olan və 2001-ci ildə Pakistandan ABŞ-a mühacirət edən Talha Malik hesab edir ki, bu cür xidmətlə İslam dininə qarşı məqsədli yaradılmış kortəbii düşüncələri də zərərsizləşdirmək mümkündür.  

Məlumata görə, klinika 2017-ci ildə 396 möhtac xəstəni müntəzəm olaraq müayinə edib və onların tibbi ehtiyaclarını qarşılayıb.

Xəbər: Şirəli Məmmədov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALMANİYADA “14-CÜ QURANİ-KƏRİM TİLAVƏTİ MÜSABİQƏSİ” KEÇİRİLİB

Almaniyanın Bilefeld şəhərində "14-cü Qurani-Kərim Tilavəti Müsabiqəsi" keçirilib. İslam İcması Milli Görüş (IGMG) təşkilatı qadınlar qolunun keçirdiyi müsabiqədə 25 bölgədən...

Bağla