ABŞ-DA HƏR 3 MÜSƏLMANDAN İKİSİ İSLAMOFOB RƏFTARA MƏRUZ QALIR

0

Avropa ölkələrində olduğu kimi Amerika Birləşmiş Ştatlarında da müsəlmanlara və etniklərə qarşı dözümsüzlük halları çoxalmağa başlayıb.

Təqribən 3.5 milyon müsəlmanın yaşadığı ölkədə 11 sentyabr hadisəsindən sonra pis rəftara və psixoloji təzyiqə məruz qaldığını deyənlərin sayı artmaqdadır.

Bununla əlaqədar Kaliforniya universiteti Berkli Marginalaşşma və Mənsubiyyət instutu anket keçirib. Anketdə hər millət və yaşdan olan, yarısı qadınlardan ibarət 123 min müsəlman iştirak edib.

Anketdə iştirak edən respondentlərin 67%-i ömürndə ən azı 1 dəfə islamofob rəftara məruz qalıb.  

Bu nisbət qadınlarda daha yüksəkdir. Qadınların 76%-i müsəlman olduğu üçün islamofob rəftara məruz qalır, bu rəqəm kişilərdə 59%-dir. Respondentlərin 94%-i isə bu halın psixologiyalarına mənfi təsir etdiyini deyib.

Məruz qalınan təzyiq müsəlmanların vaxtaşırı dini mənsubiyyətlərini gizlətmələrinə də səbəb olur. Anketdə iştirak edən hər 3 müsəlmandan biri bəzən dini mənsubiyyətini gizlətdiyini deyib. Xüsusilə 18-29 yaş qrupunda dini mənsubiyyətini gizlədənlərin nisbəti 45%-dir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN: “MÜDAFİƏMİZİ İSTƏDİYİMİZ KİMİ GÜCLƏNDİRƏ BİLƏRİK”

“Amerikalılar Türkiyəyə “Patriot” hava hücumundan müdafiə kompleksi satsaydı, Rusiyadan “S-400”ləri almağa məcbur olmazdıq”. “TRT Haber” xəbər verir ki, bunu Türkiyə...

Bağla