Amerika Birləşmiş Ştatlarının (ABŞ) həbsxnalarında 2 milyondan çox məkum var və hər il onlardan 30 – 40 min nəfəri İslam dinini qəbul edir.
Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, həbsxanada din dəyişdirənlərin 80%-i İslamı seçir. İslam dinini qəbul edənlərin əksəriyyəti Afrika əslli amerikalılardır.
İslam dininin qəbul edilməsində bəzi amillərin böyük rolu var. Belə ki, bəzi məhkumlar təmizlənmək, özləri ilə barışmaq və günahlardan uzaqlaşmaq üçün lazım olan hər şeyin İslamda olduğunu fikirləşir. Bəzilərinin bu dini qəbul etməsində müsəlmanlar arasında ailə mühitinin olmasının və möminlər arasındakı həmrəyliyin təsiri var.
İslam dinin irqçiliyə baxışı da bu amillərdən biridir. Xüsusilə bəzi zənci məhkumlar rənglərinə və etnik mənşələrinə baxmayaraq müsəlmanlar onları bağırlarına basdığı üçün bu dini qəbul etdiklərini deyirlər.
Təsadüfi deyildir ki, ABŞ-da məşhurların əksəriyyəti İslam dinini həbsxanada qəbul edib.