Amerika Birləşmiş Ştatlarında (ABŞ) federal hakim, məscid tikintisinə qarşı olan şəhər administrasiyasının bu addımının qanunsuz olduğuna qərar verib.
Məlumata görə, ABŞ Missisipi əyaləti DeSoto şəhərinin Horn Leyk rayonunda müsəlmanların məscid tikdirmək tələbi qəbul edilməyib.
Federal məhkəmənin hakimi Maykl P. Mills, bu çərçivədə məhkəməyə müraciət edən iki müsəlmanın lehində qərar verib.
Hakim, məscid tikintisi üçün lazım olan iznin dərhal verilməsini və zərərçəkmiş tərəfə 25 min dollar vəkil xərclərinin ödənilməsini qərarlaşdırıb.
Qeyd edək ki, məscidin tikintisi başa çatdıqdan sonra bu, DeSoto şəhərinin ilk məscidi olacaq.