ABŞ-DA İLK DƏFƏ HÜQUQ DƏRGİSİNİN RƏHBƏRLİYİNƏ MÜSƏLMAN TƏYİN EDİLDİ

0

ABŞ Harvard universiteti Hüquq fakultəsi tərəfindən nəşr edilən ölkənin ən populyar hüquq dərgisi “Law Review”in rəhbərliyinə ilk dəfə müsəlman təyin edilib.

Bu təyinatla 134 illik dərginin direktoru 26 yaşlı müsəlman Hassan Shahavi oldu.

Misir əslli ailənin övladı olan Shahavi, bu vəzifəyə təyin edilməsinin hüquq fakultəsinin müxtəflifliyə verdiyi əhəmiyyəti və hüquq ənənələrinə hörməti göstərməsi baxımından önəmli olduğunu deyib.

2016-cı ildə “Yaxın Şərq tarixi və fəaliyyətləri” tədqiqatları üzrə Harvarddan məzun olan Shahavi Oxford universitetində də “Şərq və İslam Hüququ”ndan dokronatını tamamlayıb.

Hazırda Shahavi “Qaçqın əhali və ABŞ cinayət məcəlləsində islahatlar” sahəsində araşdırmalarını davam etdirir.

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Barak Obama da 1990-cı ildə həmin dərginin ilk zənci direktoru olmuşdu.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
LİVİYALI DİPLOMAT ZƏNGİLANDA DAĞIDILMIŞ MƏSCİDDƏ NAMAZ QILDI

Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm Zəngilanda ermənilər tərəfindən dağıdılmış şəhər məscidində namaz qılıb. Diplomat erməni vandallığına məruz qalmış...

Bağla