ABŞ-DA İLK DƏFƏ MÜSƏLMAN ƏSLLİ ŞƏXS BÖLGƏ HAKİMİ TƏYİN EDİLDİ

0

Xəbər verdiyimiz kimi bir müddət əvvəl bölgə hakimliyi üçün namizədliyi irəli sürülən Zahid Qüreyşi, ABŞ senatosu tərəfindən bu vəzifəyə təsdiq edilib.

Senatoda keçirilən səsvermə nəticəsində Pakistan əslli Zahid Qüreyşi Nyu-Cersi əyalətinə federal hakim vəzifəsinə təyin edilib.

Bununla da Amerikada ilk dəfə müsəlman əslli şəxs ABŞ konstitusiyasının III maddəsində göstərilən xüsusi imtiyazlara sahib məhkəmə hakimi oldu.

Senat Çuk Şumer bu təyinatın xüsusi əhəmiyyət kəsb etdiyini deyib.

“Sadəcə demoqrafik yox, peşəkar müxtəlifliyə də dəstək verməliyik. Prezident Baydenin bu xüsusda mənimlə həmfikir oduğunu bilirəm. Qüreyşi ABŞ tarixində III maddənin imtiyazı ilə federal hakim olacaq ilk amerikalı müsəlmandır.” – deyə Şumer bildirib.

Qeyd edək ki, bir müddət ABŞ Daxili Təhlükəsizlik Nazzirliyindən baş müşavirin müavini olan Qüreyşi, 2004 – 2006-cı illərdə hərbi prokuror işləyib və ABŞ ordusunda kapitan rütbəsinə qədər yüksəlib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN MAKRONLA QARABAĞI MÜZAKİRƏ EDƏCƏK

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron NATO-nun iyunun 14-də Brüsseldə keçiriləcək sammiti ərəfəsində Qarabağ, Suriya...

Bağla